- 00:21
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin son açıqlamalarını tənqid edərək Moskvanın müharibəni davam etdirmək niyyətində olduğunu bildirib.
E-huquq.az xəbər verir ki, Zelenski bu barədə özünün rəsmi "Telegram" kanalında bildirib.
Ukrayna liderinin sözlərinə görə, Rusiyanın bugünkü cavabı zəif olub və Kremlin müharibəni başa çatdırmaq istəmədiyini bir daha göstərib.
“Təəssüf ki, Rusiya tərəfi yenidən müharibəni seçir. Hamı bugünkü cavabları eşitdi. Bu zəif cavabdır. O, sadəcə müharibəni bitirmək istəmir”, – deyə Zelenski bildirib.
Prezident qeyd edib ki, Moskva müharibənin yalnız özünə və ondan qazanc əldə edənlərə sərf etdiyini etiraf etmək istəmir.
Zelenski vurğulayıb ki, Rusiyanın maliyyə imkanları azalmalı, ona göstərilən təzyiq isə artırılmalıdır.
O, həmçinin Ukraynaya dəstək verən ölkələrə təşəkkür edib və beynəlxalq ictimaiyyəti real sülhə nail olmaq üçün Kiyevi dəstəkləməyə çağırıb.