Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verdi


  • 08:57

İyunun 6-da səhər Kuril adalarının Paramuşir adası yaxınlığında 5 bal gücündə zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 76 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanların ocağı 39 kilometr dərinlikdə olub.

Bölgədə sunami təhlükəsi elan edilməyib.

Oxşar xəbərlər