- 20:19
Livanın paytaxtı Beyrutun cənubuna İsrail aviazərbələri nəticəsində azı 2 nəfər həlak olub, 11 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.
Məlumata görə, zərbələr "Hizbullah"ın əsas dayaqlarından hesab olunan ərazidə yerləşən iki yaşayış mənzilini hədəf alıb. İsrail rəsmiləri isə ordunun "Hizbullah"ın qərargahını vurduğunu açıqlayıb.