İran atəşkəsdən sonra ilk dəfə İsrailə raketlər atıb - YENİLƏNİB


  • 00:04

İran İsrailə yenidən raket atıb.

E-huquq.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) özünün Telegram kanalında məlumat verib.

"Hava hücumundan müdafiə sistemi təhdidləri aşkarlayır və ələ keçirir", - deyə məlumatda qeyd olunub.

Ordu sakinlərdən hərbi əmrlərə əməl etmələrini və zərbələrin nəticələrinin görüntülərini yayımlamamalarını istəyib.

***

İsrail ordusu İran ərazisindən raket atışını aşkar edib.

E-huquq.az xəbər verir ki, İsrail hava hücumundan müdafiə sisteminin məlumatına görə, Hayfa ərazisi də daxil olmaqla, şimali İsrailin bir çox bölgəsində təyyarə xəbərdarlıqları edilib.

İsrail ordusu bildirib ki, axşam saatlarından etibarən İrandan İsrailə atılan bütün raketlər uğurla ələ keçirilib. Lakin ordu İran ərazisindən yeni raket atışlarını qeydə alır və təhlükə hələ də qalmaqdadır.

"Hava hücumundan müdafiə qüvvələri hazırda təhdidləri müəyyən edir və ələ keçirir", - deyə məlumatda qeyd olunub.

Öz növbəsində İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının Mərkəzi Qərargahının komandanı Əli Abdullahi bəyan edib ki, İsrail Livanın cənubuna hücumlarını dayandırmalı, əks halda bölgədəki müttəfiqlərinə də təsir edəcək daha güclü və dağıdıcı zərbələrlə üzləşəcək.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə bildirib ki, zərbələrin hədəfi Livana hücumların həyata keçirildiyi İsrailin Ramat-David hava bazası olub.

Bu arada Qətər hakimiyyəti sosial mediada İranın İsrailə raket zərbələrindən sonra əmirliyin hava məkanının bağlandığı və hava nəqliyyatının dayandırıldığı barədə yayılan məlumatları təkzib edib. Ölkənin Mülki Aviasiya Baş İdarəsinin açıqlamasında bildirilib ki, uçuş heyətinə verilən bildiriş (NOTAM) yalnız alternativ hava yollarının müəyyən edilməsinə yönəlib.

Oxşar xəbərlər