- 00:22
İran hakimiyyəti təhlükəsizlik səbəbi ilə ölkənin qərbindəki hava məkanını növbəti xəbərdarlığa qədər bağlamaq qərarına gəlib.
E-huquq.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Məcid Əhvan məlumat verib.
"Təhlükəsizlik qiymətləndirməsindən və NOTAM-ın dərc edilməsindən sonra ölkənin qərb hava məkanı qeyri-müəyyən müddətə bağlanıb", - deyə o əlavə edib.
Əhvan İran sakinlərini lazımsız yerə hava limanlarına getməməyə və uçuş məlumatlarını media vasitəsilə izləməyə çağırıb.
Qeyd edək ki, İran atəşkəsdən sonra ilk dəfə İsrailə raketlər atıb.