- 17:43
Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası bülletenlərin 100 %-i sayıldıqdan sonra 49,81 % səs toplayıb.
E-huquq.az-ın məlumatına görə, bu barədə Ermənistan mediası MSK-nın məlumatına istinadən xəbər verir.
"Vətəndaş müqaviləsi" partiyasına 727,160 seçici səs verib.
İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,29 %, sabiq prezident Robert Köçəryanın "Ermənistan" bloku isə 9,94 % səs toplayıb.
Qalan partiya və bloklar keçid bariyerini aşa bilməyib.
***
Ermənistanda Baş nazir Nikol Pashinyanın rəhbərlik etdiyi partiya parlament seçkilərində liderlik edir.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
MSK-nın 110 seçki məntəqəsindən daxil olan ilk məlumatlarına görə, Paşinyanın partiyası seçicilərin 57,14 faiz səsini toplayıb.
Səslərin sayılması prosesi davam edir.