Filippində zəlzələ nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb


  • 09:05

Filippinin Mindanao adasında baş vermiş 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Filippin polisi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 4 nəfər yaralanıb.

Adasının şimal və mərkəzi hissələrində ümumilikdə 37 bina, o cümlədən məktəblər, xəstəxanalar və yaşayış evləri zərər görüb.

Bəzi bölgələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Filippin Prezidenti Ferdinand Markos Mindanao adasının bəzi rayonlarında təhsil müəssisələrində dərslərin dayandırılması barədə göstəriş verib.

Dövlət başçısı aidiyyəti dövlət qurumlarına təbii fəlakətin nəticələrinin aradan qaldırılması, humanitar yardımın çatdırılması və təxliyə mərkəzlərinin fəaliyyətinin təmin olunması üçün tapşırıqlar verib.

Humay Eminqızı

Oxşar xəbərlər