- 10:34
İsrail ordusu İranın cənub-qərbindəki Xuzistan vilayətində neft-kimya kompleksinə zərbələr endirib.
E-huquq.az xəbər verir ki, bu barədə İsrail ordusu “Telegram” kanalında açıqlama yayıb.
“Bu yaxınlarda İsrail Hərbi Hava Qüvvələri İranın cənub-qərbində yerləşən Mahşəhrdəki neft-kimya kompleksində bir neçə hədəfə zərbələr endirib”, - açıqlamada bildirilib.
İranın “Fars” agentliyi də məlumatı təsdiqləyib .
Humay Eminqızı