İran Tehrana növbəti hücum barədə məlumat yaydı


  • 13:09

İran Tehrana növbəti hücum barədə məlumat verib, paytaxt səmasında hazırda hava hücumundan müdafiə (HHM) vasitələri fəaliyyət göstərir.

E-huquq.az-ın məlumatına görə, bu barədə "Mehr" informasiya agentliyi xəbər verir.

"Şəhərdə partlayış səsləri eşidilir, HHM sistemləri işə düşüb", - agentliyin məlumatında bildirilib.

Qeyd olunub ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri Hayfadakı (İsrail) sənaye obyektlərinə raket zərbəsi endiriblər.

Məlumata görə, zərbə İsrail Müdafiə Ordusunun İranın cənub-qərbindəki Mahşəhrdə neft-kimya sənayesi obyektlərinə hücumlarına birbaşa cavab olaraq endirilib.

Oxşar xəbərlər