- 14:17
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma nəticəsində 91 laboratoriya tərəfindən təsdiqlənmiş ölüm faktı qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə məlumat Konqo Rabitə və Media Nazirliyinin internet saytında dərc olunan gündəlik bülletendə qeyd edilib.
Məlumata görə, hazırda 515 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.
Xəstəxanalarda və karantin məntəqələrində 283 nəfər müalicə alır.
Humay Eminqızı