- 17:42
İsrail aprelin 17-dən iyunun 7-dək Livana təxminən 3491 hava hücumu həyata keçirərək atəşkəs rejimini pozub.
E-huquq.az xəbər verir ki, bu barədə Livanın Baş naziri Nəvaf Salam məlumat yayıb.
Salam bildirib ki, martın 1-dən etibarən ölkənin müxtəlif təhlükəsizlik qurumlarından 47 nəfər, o cümlədən 29 hərbçi İsrailin hücumları nəticəsində həyatını itirib.
Livanın Səhiyyə Nazirliyinin yaydığı son məlumatlara görə, martın 2-dən etibarən İsrailin bu ölkəyə hücumları nəticəsində 3613 nəfər ölüb.
Humay Eminqızı