Zelenski: “Ukrayna Ermənistanla əməkdaşlığı genişləndirməyə hazırdır”


  • 17:15

Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanın baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib və iki ölkə arasında əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

E-huquq.az xəbər verir ki, bu barədə Zelenski “X” sosial şəbəkəsində yazıb.

“Ermənistanı demokratik və azad seçkilərin keçirilməsi münasibətilə, Nikol Paşinyanı isə qələbəsi münasibətilə təbrik edirəm. Ukrayna əməkdaşlığımızı genişləndirməyə hazırdır”, - deyə o bildirib.

Zelenski səsvermənin nəticələrini Ermənistanın suverenliyinin və müstəqilliyinin qələbəsi adlandırıb, Paşinyana gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ukrayna lideri həmçinin Avropa İttifaqına müraciət edərək İrəvana real dəstək göstərməyə və insanların Brüssel ilə əməkdaşlıq sayəsində daha yaxşı həyat hiss etmələri üçün mümkün olan hər şeyi etməyə çağırıb.

Humay Eminqızı

Oxşar xəbərlər