- 12:28
Filippinin Mindanao adasında baş vermiş 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə “GMA News” telekanalı məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı isə 456 nəfərə çatıb.
Daha 4 nəfər itkin düşüb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Mindanao adasında təxminən 1900 bina zədələnib. Bunların arasında məktəblər, xəstəxanalar və yaşayış evləri də var. Təxminən 1500 bina isə təbii fəlakət nəticəsində tamamilə dağılıb.
Zəlzələ nəticəsində General Santos Beynəlxalq Hava Limanı zədələndiyi üçün bir sıra aviareyslər ləğv edilib.
Humay Eminqızı