- 12:28
Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu polislə birgə terror təşkilatının fəaliyyətinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.
Bu çərçivədə terror təşkilatı ilə əlaqəli fəaliyyətlər həyata keçirən və sosial media vasitəsilə təbliğat aparan şübhəlilərin şəxsiyyətləri və ünvanları müəyyən edilib.
Müəyyən edilən ünvanlarda eyni vaxtda həyata keçirilən əməliyyatda 13 şübhəli nəzarətə götürülüb.
Şübhəlilər polis bölməsinə aparılıb.
Şəbnəm Mehdizadə