- 12:28
Türkiyənin Konya vilayətində ağır yol qəzası olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Konyanın Yunak rayonunda pikapla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Qəzada yaralanan şəxslər Yunak Dövlət Xəstəxanasına və Akşehir Dövlət Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə