İsrail ordusu Livanın cənubundakı çoxsaylı şəhərlərə hücum edib


  • 11:13

İsrail ordusu səhər saatlarında Livanın cənubundakı çoxsaylı şəhərlərə hücum edib.

E-huquq.az xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Nəbatiyyə vilayətinin Qalavey şəhəri ətrafındakı ərazini artilleriya atəşi ilə hədəfə alıb.

Cənub əyalətinin Cizzin qəsəbəsindəki Əl-Qətran bölgəsi də İsrailin artilleriya hücumlarına məruz qalıb.

Livanın cənubundakı Surda İsrail döyüş təyyarələri Əl-Həmadiyə məhəlləsini bombalayıb.

Həmçinin Surun Deyr Qan, Ras al-Ain və Ramadiya şəhərlərinə də hava zərbələri endirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər