ABŞ-də timsah polisə sərxoş sürücünü saxlamağa kömək edib


  • 12:04

ABŞ-nin Luiziana ştatında timsah polisə sərxoş sürücünü saxlamağa kömək edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Cefferson-Periş ərazisində baş verib.

Polis əməkdaşları 40 yaşlı Viktor Rivası sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlayarkən o qaçıb.

Lakin Rivasın yolu bataqlıq ərazidən keçib və burada o timsahın hücumuna məruz qalıb.

Nəticədə Rivas timsahın hücumundan qurtula bilsə də, polis əməkdaşlarından qaça bilməyib.

Yaralı kişi xəstəxanaya aparılıb. Tibbi yardım göstərildikdən sonra isə saxlanılıb.

“Sərxoş vəziyyətdə avtomobil idarə etmək ciddi və gözlənilməz nəticələrə səbəb ola bilər”, - polis əməkdaşı xəbərdarlıq edib.

Humay Eminqızı

Oxşar xəbərlər