- 16:31
Ukraynanın Xerson vilayətinin Kaxovka rayonunda Böyük Vətən Müharibəsi zamanı həlak olmuş iki “Qırmızı Ordu” əsgərinin qalıqları və şəxsi əşyalarını aşkar edilib.
E-huquq.az xəbər verir ki, bu barədə rayonun rəhbəri Pavel Filipçuk məlumat verib.
O bildirib ki, qalıqlar Çernomorovka kənd sakini bağçasında iş görən zaman aşkar edib.
Sözügedən əraziyə istehkamçılar cəlb olunub.
Tapılan əşyalara əsasən, əsgərlərdən birinin sıravi, digərinin isə zabit olduğunu ehtimal etmək olar.
Əsgərlərdən birinin üzərində kapsul aşkar edilib və bunun sayəsində hərbçinin kimliyini müəyyən etmək mümkün olub. Müəyyən edilib ki, onlardan biri 1921-ci il təvəllüdlü, Xmelnitski vilayətinin Xutoru kəndindən olan Semyon Dmitriyeviç Veşta idi. O, 1944-cü ildə, 23 yaşında itkin düşüb.
Aşkar edilən şəxsi əşyalar lazımi ekspertizaların aparılması üçün təhvil veriləcək.
Humay Eminqızı