- 16:31
"Konqo Demokratik Respublikasında (DRC) Ebola epidemiyasının nəzarət altına alınması çətinləşib".
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sağlamlıq Fövqəladə Hallar üzrə Xəbərdarlıq və Müdaxilə Əməliyyatları direktoru Abdirahman Mahamud söyləyib.
"İyunun 8-nə olan məlumata görə, Konqoda 550 nəfərin virusa yoluxduğu təsdiqlənib. Onlardan 101-i ölüb, 9 nəfər isə sağalıb. Yoluxma faktlarının 94 faizi (487) İturi əyalətində cəmləşib. 100-ə yaxın şəxsin virusa yoluxduğu ehtimal edilir" - deyə o əlavə edib.
Mahamud Uqandada isə 19 nəfərin virusa yoluxduğunu və onlardan 2 nəfərin həyatını itirdiyini deyib.
Mahamud həmçinin bildirib ki, ÜST Konqoda yerli hakimiyyət orqanlarına və səhiyyə tərəfdaşlarına dəstəyini davam etdirir.
Şəbnəm Mehdizadə