- 17:54
İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 988 nəfərə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saatda 8 ölü, 34 yaralı Qəzzadakı xəstəxanalara çatdırılıb.
Qeyd edək ki, atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 978 nəfər ölüb, 3 097 nəfər yaralanıb, dağıntılar altından 782 cəsəd çıxarılıb.
Ümumilikdə isə 173 205 nəfər yaralanıb.
Qəzzadakı Səhiyyə Nazirliyinin açıqlamasına görə, İsrail ordusu Qəzzanın Səlahəddin küçəsində humanitar vəzifələrini yerinə yetirən Fələstin Qızıl Aypara Cəmiyyətinə məxsus 7 səhiyyə işçisini saxlayıb. Onlardan 5-i azadlığa buraxılıb.
Humay Eminqızı