- 17:54
Ukrayna Qərbin səyləri nəticəsində dövlətdən “kriminal imperiya”ya çevrilib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yeni çağırışlar və təhlükələr departamentinin direktoru Pyotr İliçev deyib.
“Dünyanın müxtəlif bölgələrində münaqişə potensialının artması Qərb dövlətləri tərəfindən terror qruplaşmaları və ekstremist qüvvələrdən gərginlik ocaqlarını saxlamaq üçün istifadə etməyə yönəlmiş təhlükəli cəhdlərlə müşayiət olunur”, - diplomat MDB ölkələrinin antiterror strukturlarının baş idarələrinin rəhbərlərinin və terrorizm və ekstremizmlə mübarizə üzrə koordinasiyanı təmin edən milli qurum rəhbərlərinin XIX müşavirəsində qeyd edib.
“Qərb dövlətlərinin kollektiv şəkildə gərginlik ocaqlarını dəstəkləmə siyasətinin zirvəsi Ukraynanın dövlətdən “kriminal imperiya”ya çevrilməsi olub”, - Pyotr İliçev deyib.
Humay Eminqızı