İstanbulda dördmərtəbəli yaşayış binasında güclü yanğın olub


  • 11:03

Türkiyənin İstanbul şəhərində dördmərtəbəli yaşayış binasında yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Esenyurt rayonunda yerləşən binanın damında naməlum səbəbdən başlayan yanğın qısa müddətdə bitişik üç binanın damına keçib.

Yanğın başladıqdan sonra bina sakinləri binanı tərk edib.

Hadisə yerinə yanğınsöndürən, polis və tibb qrupları göndərilib.

Polis qrupları iki küçəni piyadaların və nəqliyyat vasitələrinin hərəkəti üçün bağlayaraq binaların ətrafını mühafizə edib.

Yanğın yanğınsöndürənlər tərəfindən nəzarətə götürülüb və söndürülüb.

Hadisə nəticəsində binalara ziyan dəyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər