- 08:47
Avropa İttifaqı (Aİ) üzv dövlətlər arasında konsensus olmaması səbəbindən İsrailə qarşı daha sərt məhdudlaşdırıcı tədbirlər tətbiq etmir.
E-huquq.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İrlandiyanın “RTE” telekanalına müsahibəsində bildirib.
“Bizdə birlik yoxdur. Tarixi səbəblərə görə vəziyyətə fərqli baxışları olan ölkələr var və vahid mövqe əldə etmək son dərəcə çətindir”, - diplomat Aİ-nin Rusiya və İsrailə yanaşmalarının fərqli olması ilə bağlı sualı cavablandırarkən deyib.
Kallas bildirib ki, Avropa Komissiyası tezliklə İsrailə qarşı yeni məhdudiyyətlər təklif edəcək, lakin onun fikrincə, onların qəbul edilməsi ehtimalı azdır.
Humay Eminqızı