Kanadada lisenziyası olmayan pilot illərlə uçuş həyata keçirib


  • 11:19

Kanadanın "Air Canada" aviaşirkətinin keçmiş pilotu müvafiq lisenziya olmadan illərdir uçmaqda ittiham olunub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ontario ştatının Barrie şəhər sakini olan 59 yaşlı Geoffrey Wall 2009–2025-ci illər arasında kapitan kimi 900-dən çox daxili və beynəlxalq uçuş həyata keçirib, lakin bu müddətdə tələb olunan lisenziyaya malik olmayıb.

Aviaşirkət pilotun lisenziyası olmadığı müəyyən edildikdən sonra onu vəzifədən azad edib və hadisə barədə müvafiq quruma məlumat verib. Hazırda onun aviaşirkətlə əlaqəsi olmadığı bildirilib.

Şirkət bildirib ki, uçuş təhlükəsizliyi pozulmayıb, digər pilotlar yoxlanarkən qanun pozuntusu aşkar edilməyib.

"Bütün "Air Canada" pilotları hər altı ayda bir dövri təlimdən keçirlər, hər 12 ayda bir Transport Canada yoxlama pilotu ilə uçuş yoxlanışı aparılır", aviaşirkətin açıqlamasında bildirilib.

Transport Canada tərəfindən cərimələnən pilotun oğurlanmış pilot vəsiqələri ilə bağlı polisə yalan məlumat verdiyi də bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər