İngiltərə və Uelsdə uşaqların bu heyvanla tək qalması qadağan edilir


  • 12:06

İngiltərə və Uelsdə yeni qərara əsasən, 12 yaşdan kiçik uşaqlar təhlükəli itlərlə tək qala bilməz.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qaydalar bəzi it cinslərinin uşaqlara hücumlarının artması səbəbindən qəbul olunub.

Ötən il 10 yaşlı qız və 9 aylıq körpə XL Bully (Amerikan Bully) cinsinə aid itin hücumuna məruz qalaraq həyatını itirib. Bu it cinsi 60 kiloqrama qədər çəkisi və güclü bədən quruluşu ilə seçilir.

Yeni qanuna görə, uşaqları təhlükəli itlərlə nəzarətsiz qoyan valideynlər cərimələnəcək, heyvanlar isə müsadirə olunacaq. Qaydalar noyabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, İngiltərədə it hücumları artmaqdadır. 2024-cü ildə ölkədə 31 920 it hücumu qeydə alınıb ki, bu da 2023-cü illə müqayisədə 2% artım deməkdir.

Həmçinin 2024-cü ilin qanununa görə, lisenziyasız XL Bully saxlamaq cinayət hesab edilir. Bu cinsin satışı, tərk edilməsi və ictimai yerlərdə qarmaqsız gəzdirməsi qadağan olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər