- 13:22
Filippinin Mindanao bölgəsində baş verən 7,8 bal gücündə zəlzələdən sonra sunami dalğaları Yaponiyanın cənubundakı Okinava prefekturası sahillərinə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yaponiyanın şərq, qərb və cənub sahilləri üçün sunami xəbərdarlığı verilib. Agentlik Okinava, Oqasavara və Çiçicima bölgələrində aşağı intensivlikli sunamilərin müşahidə olunduğunu açıqlayıb.
Xüsusilə 20 santimetrlik dalğaların Çiçicima və Oqasavara adalarına çatdığı qeyd olunub.
Sunami xəbərdarlığı İbaraki prefekturasından Okinava prefekturasına qədər olan əraziləri əhatə edir.
Şəbnəm Mehdizadə