- 13:22
İran ABŞ-nin İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hücumundan sonra özünümüdafiə tədbirləri görmək hüququna malikdir.
E-huquq.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan və səudiyyəli həmkarı Feysal bin Fərhan Əl Səud ilə telefon danışığı zamanı bildirib.
İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin “Telegram” kanalında yayımlanan məlumata görə, Əraqçi telefon danışıqları zamanı ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi təcavüzü və Amerika tərəfinin İslam Respublikasının milli suverenliyi və ərazi bütövlüyünü pozmasını pisləyib. O, həmçinin vurğulayıb ki, Tehran qanuni özünümüdafiə hüquqa malikdir.
Humay Eminqızı