Ankarada 16 yaşlı şagird bıçaqlanaraq öldürülüb


  • 13:16

Türkiyənin paytaxtı Ankarada bıçaqlı insident olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankaranın Etimesqut rayonunda bir qrup orta məktəb şagirdləri arasında mübahisə düşüb.

Mübahisə davaya çevrilib və şagirdlərdən biri digərini bıçaqlayıb.

Hadisə yerinə polis və tibb qrupları göndərilib.

Xəstəxanaya aparılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər