Türkiyədə yağışlı hava ilə bağlı sarı xəbərdarlıq verilib


  • 13:22

Türkiyənin 10 vilayətində leysan yağışları ilə əlaqədar "sarı" xəbərdarlıq verilib.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb.

Proqnozlara görə Kastamonu,Çankırı, Bolu, Karabük, Giresun, Gümüşhane, Trabzon, Rize, Ərdahan və Qarsda bəzi yerlərdə axşam saatlarında leysan yağacaq və şimşək çaxacaq.

Əhaliyə yağış zamanı sel, sürüşmə və digər təbiət hadisələri zamanı ehtiyatlı olmaq barədə xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər