Avropanın ən yaxşı və ən pis hava limanları açıqlanıb


  • 15:19

"AirHelp" şirkəti Avropanın hava limanları üzrə yeni reytinqini açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 68 ölkədə yerləşən 250 hava limanının təhlili əsasında hazırlanan reytinqdə Norveçin Bergen Flesland Hava Limanı Avropanın ən yaxşı hava limanı seçilib. Bu hava limanı vaxtında uçuş göstəricilərinə görə Avropada liderdir və dünya üzrə 9-cu yerdə qərarlaşıb.

İspaniyanın Bilbao Hava Limanı da Avropanın ən yaxşı hava limanlarından biri kimi qiymətləndirilib və dünya reytinqində 16-cı yeri tutub. Norveçin Bodo Hava Limanı isə yüksək göstəricilərlə dünya üzrə 23-cü olub.

Reytinqin ən aşağı pillələrində isə Yunanıstanın Rodos Diagoras Hava Limanı yer alıb. Bu hava limanı 250 hava limanı arasında 249-cu yerdə qərarlaşıb.

İngiltərənin London Gatwick Hava Limanı tez-tez gecikmələr və aşağı sərnişin məmnuniyyəti səbəbindən dünya üzrə 235-ci yeri tutub.

Fransanın Şarl de Qoll Hava Limanı isə gözləntiləri tam doğrultmayaraq 181-ci yerdə qərarlaşıb.

Müştəri məmnuniyyəti kateqoriyasında isə Lüksemburqun Lüksemburq Hava Limanı 10 baldan 9,0 alaraq birinci olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər