- 15:57
Türkiyənin İstanbul şəhərində yerləşən evlərin birində onlarla ilan aşkarlanıb.
E-huquq.az-ın "TRT Haber"ə istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsi məlumat yayıb.
Məlumat daxil olduqdan sonra nazirliyin əməkdaşları dərhal araşdırmalara başlayıblar. İstanbulun Çatalca qəsəbəsində yerləşən evdə aparılan yoxlama zamanı 18 piton, 21 Misir ilanı və 3 kral ilanı olmaqla ümumilikdə 42 ilan aşkar edilərək götürülüb.
İlanlar mütəxəssislər tərəfindən nəzarətə götürülüb. Hadisə ilə əlaqədar bir nəfər barəsində inzibati tədbir görülərək cərimə tətbiq olunub.
Şəbnəm Mehdizadə