- 10:05
İran ABŞ-nin təkrar zərbələri fonunda Hörmüz boğazında hərəkətin tamamilə dayandırılması barədə qərar qəbul edib.
E-huquq.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı məlumat yayıb.
Öz növbəsində, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bildirib ki, kommersiya gəmiləri Hörmüz boğazından keçməyə davam edir.
İslam İnqilabı Keşikçiləri Korpusu isə boğazdan keçməyə cəhd edən iki gəmini vurduqlarını deyib.
İran silahlı qüvvələri bölgədəki gəmiləri Hörmüz boğazından keçməmək barədə xəbərdarlıq edərək, istənilən yanaşmanın “düşmənlə əməkdaşlıq” sayılacağını bildirib.
Hörmüz boğazı ilə bağlı açıqlamalar fonunda ICE birjasında Brent markalı neftin qiyməti 1,9% artıb.
Humay Eminqızı