Konqoda həkimlər tətilə başlayıb


  • 13:42

Konqo Demokratik Respublikasında (KDR) həkimlər ölkədə Ebola virusunu yayılmasına baxmayaraq tətil elan ediblər.

E-huquq.az xəbər verir ki, bu barədə “SBS News” xəbər portalı məlumat yayıb.

Məlumata görə, tətil ümummilli xarakter daşıyır və Milli Həkimlər Sindikatı tərəfindən təşkil edilib.

Tətilçilər hökumətə üç əsas tələb irəli sürüblər. Bunlara maaşların artırılması, iş şəraitinin yaxşılaşdırılması və səhiyyəyə dövlət xərclərinin artırılması daxildir.

Konqo hökumətinin məlumatına görə, Ebola virusundan 127 nəfər ölüb. 635 nəfər isə bu virusa yoluxub.

Humay Eminqızı

Oxşar xəbərlər