- 15:34
Türkiyənin İstanbul şəhərində oğurluq hadisəsi baş verib.
E-huquq.az-ın "TRT Haber"ə istinadən verdiyi məlumata görə, İstanbulun Esenler rayonunda bir şəxs bankomatdan 500 min türk lirəsi oğurlayıb.
Hadisədən sonra polis araşdırmalara başlayıb. Təhlükəsizlik kameralarının görüntülərini araşdıran əməkdaşlar şübhəlinin kimliyini müəyyən ediblər.
Keçirilən əməliyyat nəticəsində şübhəli saxlanılıb. Onun evinə baxış zamanı 32 min 500 türk lirəsi aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxsin daha əvvəl 7 cinayət əməlində iştirak etdiyi müəyyən olunub. O, polis bölməsindəki prosedurlardan sonra məhkəmənin qərarı ilə həbs edilib.
Şəbnəm Mehdizadə