- 16:04
Türkiyənin 12 vilayətində FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
E-huquq.az-ın "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Türkiyə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilib.
Əməliyyatlar zamanı 80 şübhəli saxlanılıb.
İzmir, Adana, Aydın, Balıkəsir, Biləcik, Dənizli, Düzce, Isparta, Kütahya, Manisa, Niğde və Uşak vilayətlərində saxlanılan şəxslərin təşkilatın müxtəlif strukturlarında fəaliyyət göstərdikləri müəyyən olunub. Onların təşkilatda məsul vəzifələr tutduqları, maliyyə dəstəyi verdikləri və təşkilati fəaliyyətlərdə iştirak etdikləri məlum olub.
Saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı təxminən 3,3 milyon türk lirəsi dəyərində xarici valyuta, qiymətli metallar, nağd pul, eləcə də çoxsaylı sənəd və rəqəmsal materiallar götürülüb.
Şəbnəm Mehdizadə