Rəsmi Tehran BMT-ni öz öhdəliklərini yerinə yetirməyə çağırıb


  • 14:50

ABŞ-nin son hücumları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini və beynəlxalq hüququn əsas prinsiplərini pozaraq, mövcud atəşkəsi faktiki olaraq səmərəsiz edib.

E-huquq.az İran mediasına istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Nazirliyin yaydığı bəyanatda bu hücumların dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə zidd olduğu bildirilib. Qeyd olunub ki, hücumlar aprelin 8-də elan edilmiş atəşkəsi faktiki olaraq mənasızlaşdırıb.

Bəyanatda həmçinin iddia edilib ki, ABŞ əməliyyatlar üçün bəzi region ölkələrinin ərazilərindən istifadə edir. İran isə hücumların mənbəyinə qarşı özünümüdafiə hüququndan istifadə edəcəyini və ölkəyə yönələn təhdidləri aradan qaldırmaqda qətiyyətli olduğunu vurğulayıb.

Rəsmi Tehran BMT Təhlükəsizlik Şurasını və BMT-nin Baş katibini beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) prezident Donald Trampın göstərişi ilə gecə saatlarında İrandakı bir sıra hədəflərə zərbələr endirildiyini açıqlayıb.

İran İnqilab Keşikçiləri Korpusu isə ABŞ hücumlarına cavab olaraq Küveyt, Bəhreyn və İordaniyada yerləşən bəzi ABŞ obyektlərini hədəf aldığını bəyan edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər