- 16:28
İran və ABŞ regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün danışıqlar masasına qayıtmalı və danışıqları yekunlaşdırmalıdır.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Sofiyada bolqarıstanlı həmkarı Velislava Petrova-Çamova ilə danışıqlardan sonra mətbuat konfransında deyib.
"Biz tərəflərə qarşılıqlı hücumları dayandırmağı, danışıqlar masasına qayıtmağı və yekunlaşmasına yaxın olduqları sazişin mətnini tamamlamalarını tövsiyə edirik. Səylərimiz məhz bu istiqamətə yönəlib. Hamımız artıq gördük və yaşadıq ki, müharibənin genişlənməsi, gərginliyin artması və tammiqyaslı hərbi vəziyyətə qayıdış heç kimə fayda gətirmir. Nə qədər çətin olsa da, danışıqlar sona çatdırılmalıdır", - nazir deyib.
Humay Eminqızı