- 16:28
İsveç Parlamenti sığınacaq axtaran və bəzi digər miqrant qruplar üçün daimi yaşayış icazələrini ləğv edən qanunu təsdiqləyib.
E-huquq.az xəbər verir ki, bu barədə İsveç dövlət radiosu SR məlumat yayıb.
Məlumata görə, parlament qanun layihəsini səs çoxluğu ilə qəbul edib.
Yeni qaydaya əsasən, iyulun 12-dən etibarən sığınacaq axtaran şəxslər və bəzi digər miqrantlar yalnız müvəqqəti yaşamaq icazəsi ala biləcəklər.
Qanun artıq daimi yaşayış icazəsi olan şəxslərə təsir etməyəcək, lakin gələcək müraciətlər üçün daimi yaşayış imkanı tamamilə ləğv olunacaq.
Şəbnəm Mehdizadə