İordaniya ordusu İrandan atılan 20 raketi məhv edib


  • 15:07

İordaniya ordusu İrandan Zərkə şəhəri istiqamətində atılan 20 raketi ələ keçirərək məhv edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İordaniya ordusu məlumat yayıb.

Açıqlamada səhər saatlarında İrandan Zərkə şəhəri istiqamətində atılan 20 raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi, raketlərin dağıntılarının heç bir itki və maddi ziyana səbəb olmadığı bildirilib.

Bəyanatda silahlı qüvvələrin heç bir ölkənin İordaniya hava məkanını pozmasına icazə verməyəcəyi vurğulanıb.

İordaniya ordusunun regional hadisələri yaxından izlədiyi və ölkənin hava məkanını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə hər zaman hazır olduğu qeyd edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər