ABŞ Cənubi Koreyaya 292 milyon dollar dəyərində raket satışını təsdiq edib


  • 15:23

ABŞ Dövlət Departamenti Cənubi Koreyaya təxminən 292 milyon dollar dəyərində hava-hava sinfinə aid AMRAAM (Advanced Medium-Range Air-to-Air Missile) aviasiya raketlərinin satışını təsdiq edib.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat Dövlət Departamentinin rəsmi saytında yer alır.

Açıqlamada satışın Cənubi Koreyanın müdafiə qabiliyyətini gücləndirəcəyi vurğulanıb.

ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənən satışın qüvvəyə minməsi üçün Konqresin icazəsi lazımdır.

Konqres silah satışının təsdiqlənməsi üçün 15 günlük etiraz müddəti verir. Bu müddət ərzində heç bir etiraz edilməzsə, satış yekunlaşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər