- 16:30
Türkiyənin Kilis vilayətində meşəlik ərazilərə giriş qadağan edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Kilis valiliyi məlumat yayıb.
Məlumata görə, meşəlik ərazilərə girişin 31 oktyabr tarixinə qədər meşə yanğınları təhlükəsi səbəbindən qadağan edilib.
Qərara əsasən, meşələrdə və meşə ətrafında piknik etmək, manqal yandırmaq, samovardan istifadə etmək, hər cür bitki örtüyünün yandırılması qadağan edilir..
Qayadalara əməl etməyən barədə müvafiq qaydada cərimələnəcək.
Şəbnəm Mehdizadə