Məzmuna keç

Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi 156 min manatlıq mal alır

Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin (Dövlət Müəssisəsi) mal-materialların, dəftərxana ləvazimatlarının, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin və təsərrüfat mallarının satınalınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "LİDER-LİNE" MMC-dir.

Məlumata görə, qalib şirkətə 156.045,81 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə