- 16:30
Belçikanın paytaxtı Brüsselin əhalisi 2025-ci ildə cəmi 39 nəfər artıb.
E-huquq.az xəbər verir ki, bu barədə Belçika Statistika İdarəsinin (Statbel) məlumat yayıb.
Məlumata görə, 2026-cı il yanvarın 1-nə ölkənin ümumi əhalisi 11 867 634 nəfər olub. Belçikanın əhalisi əvvəlki ilə nisbətən 42 083 nəfər artaraq illik 0,36% artım tempi göstərib.
Paytaxt Brüsselin əhalisi 2025-ci il yanvarın 1-də 1 255 795 nəfər idisə, 2026-cı il yanvarın 1-də bu göstərici 1 255 834 nəfərə çatıb. Bu, bir il ərzində cəmi 39 nəfərlik artım deməkdir.
Məlumatda qeyd olunur ki, ölkədə əhalinin artımında əsas rol beynəlxalq miqrasiyaya məxsusdur. 2025-ci ildə doğulanlardan daha çox insanın vəfat etməsi səbəbindən təbii əhali balansı mənfi olub, lakin beynəlxalq miqrasiyanın 47 562 nəfərlik profisiti ümumi artımı təmin edib.
Regionlar üzrə əhali artımı fərqlidir. Ən sürətli artım Flamand Bölgəsində qeydə alınıb.
Şəbnəm Mehdizadə