Hindistanda Nipah virusuna yoluxma faktı qeydə alınıb


  • 16:21

Hindistanın cənub-qərbindəki Kerala əyalətində Nipah virusuna yoluxma faktı qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Virusa yoluxan 43 yaşlı Kojikode sakini hazırda süni nəfəs aparatına qoşulub.

Xəstədən alınan test nümunələrinin nəticələri virusun təsdiqlənməsi üçün Milli Virusologiya İnstitutuna göndərilib. Onun təmasda olduğu şəxslər müəyyən edilib və karantinə alınıb.

Kerala səhiyyə naziri K. Muraleedharan, virusun yayılmasının qarşısını almaq üçün bütün lazımi tədbirlərin artıq görüldüyünü deyib və əhalini panikaya düşməməyə çağırıb.

Humay Eminqızı

Oxşar xəbərlər