- 16:30
Filippinin Mindanao adasında baş vermiş 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı isə 688 nəfərə çatıb.
İtkin düşmüş 31 nəfərin axtarışları davam edir.
Humay Eminqızı