Rusiya daha bir kəndi nəzarətə götürdü


  • 15:05

Rusiya ordusu həftə ərzində beş yaşayış məntəqəsini, o cümlədən Donetsk vilayətinin Priyut kəndini azad edərək nəzarəti bərpa ediblər.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Ötən həftə ərzində “Şimal” qoşun qruplaşmasının bölmələrinin fəal hücum əməliyyatları nəticəsində Xarkov vilayətinin Şevçenko və Oxrimovka yaşayış məntəqələri üzərində nəzarət təmin edilib. “Cənub” qoşun qruplaşmasının bölmələri düşmənin müdafiə xəttinin dərinliklərinə doğru irəliləyərək Donetskin Ximik və Roskoşnoye yaşayış məntəqələrini azad ediblər. Son sutka ərzində isə “Mərkəz” qoşun qruplaşmasının bölmələrinin qətiyyətli hərəkətləri nəticəsində Priyut yaşayış məntəqəsi azad olunub”, - məlumatda deyilir.

Humay Eminqızı

Oxşar xəbərlər