Əraqçi: İran döyüş meydanında ABŞ üzərində üstünlük qazanıb


  • 08:47

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ABŞ ilə qarşıdurmada döyüş meydanında üstünlük əldə etdiyini bildirib.

E-huquq.az xəbər verir ki, bu barədə o, İran Dövlət Teleradio Şirkətinə açıqlamasında danışıb.

Əraqçinin sözlərinə görə, ABŞ İran Silahlı Qüvvələrinin və xalqının qətiyyətli müqaviməti ilə üzləşib.

“Müharibəni başa çatdırmaq üçün ən yaxşı vaxt üstünlüyə malik olduğumuz vaxtdır. Biz həqiqətən də döyüş meydanında qələbə qazanmışıq”, - nazir deyib.

İran XİN rəhbəri vurğulayıb ki, diplomatiya hərbi uğurlarla sıx bağlıdır. Bu səbəbdən Tehran ABŞ ilə mümkün sülh razılaşmasının daha əlverişli şərtlərlə əldə olunacağına ümid edir.

Qeyd edək ki, Abbas Əraqçi daha əvvəl İran və ABŞ-nin münaqişəyə son qoymalı olan memorandumun imzalanmasına indiyədək olduğundan daha yaxın olduqlarını bəyan etmişdi.

Oxşar xəbərlər