İsrail ordusu son bir gündə “Hizbullah”ın 70-dən çox obyektinə zərbə endirib


  • 13 İyun 16:37

İsrail Müdafiə Qüvvələri (IDF) son bir gündə “Hizbullah”ın 70-dən çox obyektinə zərbə endirib.

E-huquq.az xəbər verir ki, bu barədə IDF məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində “Hizbullah”a məxsus 70-dən çox infrastruktur obyekti, o cümlədən raket buraxılış qurğuları və “Hizbullah” üzvlərinin İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumları hazırlamaq üçün istifadə etdikləri tikililər vurulub.

Eyni zamanda, Cənubi Livanda IDF hərbçilərinin fəaliyyət göstərdiyi ərazilərdə aşkarlanan silahlılar zərərsizləşdirilib.

Oxşar xəbərlər