Məzmuna keç

Moskvaya doğru hərəkət edən dörd PUA vurulub

Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskvaya doğru uçan dörd pilotsuz uçuş aparatının hücumunun qarşısını alıb.

E-huquq.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Max" platformasında məlumat verib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri paytaxta istiqamətlənən dörd PUA-nı məhv edib. Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.