“ABŞ və İran arasında əldə olunan razılaşma Hörmüz boğazının açılmasına kömək etməlidir”


  • 10:50

Avropa Komissiyası ABŞ-İran razılaşmasını alqışlayır və ondan Hörmüz boğazının dərhal açılmasını, bu boğazdan keçid üçün ödənişləri ləğv etməsini və İranın nüvə və raket proqramlarına son qoymasını gözləyir.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen “X” sosial şəbəkəsimdə bildirib.

“ABŞ və İran arasında bir sıra tərəfdaş ölkələrin fəal diplomatik səyləri nəticəsində əldə olunmuş razılaşmanı alqışlayıram. Bu razılaşma Hörmüz boğazının dərhal açılmasına imkan verməlidir. Naviqasiya azadlığı heç bir keçid haqqı olmadan bərpa edilməlidir”, - sədr bildirib.

O, eyni zamanda Avropa İttifaqına üzv bütün ölkələri gələcəkdə “enerjidən silah kimi istifadə edilməsinin” qarşısını almaq üçün yeni nəqliyyat dəhlizləri inkişaf etdirməyə çağırıb.

Humay Eminqızı

Oxşar xəbərlər